Yeddi yaşlı qız dənizdə qalmış qayıqdan sahilə üzüb

05:05 - 1 İyul 2024 - MARAQLI

Finlandiya körfəzində dənizdə qalmış qayıqdan yeddi yaşlı qız təkbaşına sahilə çıxıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi Telegram kanalı məlumat yayıb.

Hadisə iyunun 30-a keçən gecə baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qız, atası və 13 yaşlı qardaşı Finlandiya körfəzində şişmə rezin qayıqda olublar. Bir anda yeniyetmə müqavimət göstərə bilməyib və dənizə düşüb, atası uşağı xilas etmək üçün onun arxasınca atılıb. Onlar üzərək sağ-salamat sahilə çatıblar. Daha sonra qayıq sahilə çıxarılsa da, qız gəmidə olmayıb.

Kişi dərhal xilasediciləri çağırıb. Axtarış əməliyyatı beş saat davam edib. Uşaq sahilin başqa hissəsində tapılıb. 

Xəbər xətti