İspaniya Mərkəzi Seçki Komissiyası (MSK) baş nazir Pedro Sançesin mayın 12-də Kataloniyada keçirilən seçkilər ərəfəsində verdiyi açıqlamalara görə ona 1,5 min avro məbləğində cərimə kəsilməsi barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, aprelin 3-də Dohada keçirdiyi mətbuat konfransında baş nazir seçki kampaniyası zamanı bütün hökumət qüvvələrinin riayət etməli olduğu neytrallıq prinsipini pozub. Sançes xüsusilə baş nazirin özünün tərəfdarı olduğu Kataloniya seçkilərində Sosialist Partiyasından namizəd olan Salvador İlla ilə bağlı fikirlərini bildirib.
MSK həmçinin İspaniya hökumətinin rəsmi nümayəndəsi Pilar Aleqriyanı seçkilərə beş gün qalmış bölgədə səsvermə ilə bağlı bəyanatlarına görə 2,2 min avro cərimələyib.///tass