Ermənistan yenə Naxçıvanı  ATƏŞƏ TUTDU

21:29 - 13 İyun 2024 - ÖLKƏ İÇİ

İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib 

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xəbər xətti