Kuril adalarında Ebeko vulkanı 2,5 km hündürlüyə kül püskürüb.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin Telegram-kanalına əsasən, Kuril adalarında yerləşən Ebeko vulkanında növbəti kül atılması qeydə alınıb.
Kül emissiyası cənub-şərq istiqamətində 5 km-dən çox məsafəyə yayılıb.
Ebeko vulkanı 1156 metr yüksəklikdə yerləşir və Vernadski silsiləsinin şimal hissəsində Severo-Kurilskdən 7 km şimal-qərbdə yerləşir.