20 nəfərin öldüyü, 29 nəfərin yaralandığı qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

10:25 - 28 Mart 2023 - HADİSƏ

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Əsir əyalətində sərnişinləri daşıyan avtobus yol qəzasına düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Qəzanın əyləc sisteminin nasazlığı səbəbindən baş verdiyi qeyd edilir. Avtobus minik avtomobilinə çırpılaraq aşıb və yanıb.

Xəsarət alanlar hadisə yerinə yaxın olan tibb müəssisəsinə aparılıb. 

Xəbər xətti