"Avroviziya-2023"də Gürcüstanı kimin təmsil edəcəyi bəlli olub.
Axşam.az xəbər verir ki, İru Xeçanova adlı müğənni 8 namizəd arasında 21,88% səs toplayaraq birinci olub.
Qeyd edək ki, 22 yaşlı təmsilçi erməni əsillidir. O, 2011-ci ildə "Candy" qrupunun tərkibində "Avroviziya Uşaq" Mahnı Müsabiqəsinin qalibi olub.
Onu da qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.