Makron Ukraynaya hərbi təyyarələrin tədarükünü istisna etməyib

23:53 - 30 Yanvar 2023 - DÜNYA

Qərbin Kiyevə verdiyi silahlar Rusiya ərazisinə hücum üçün istifadə edilməməlidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Haaqada keçirdiyi mətbuat konfransında bildirib. Çıxış Yelisey sarayının “Twitter” səhifəsində yayımlanıb.

Fransanın Ukraynaya təyyarə tədarük etməyə hazır olub-olmaması sualını cavablandıran Makron, "Prinsip etibarı ilə, heç nə istisna edilmir, ancaq üç meyar gözləniləməlidir" deyib. "Birincisi, Ukrayna ordusu üçün bu cür təchizatların faydalılığı, xüsusən də şəxsi heyətin hazırlığının müddəti baxımından.
İkinci odur ki, tədarük eskalasiyaya səbəb olmasın. Bizim tədarük etdiklərimiz Rusiya ərazisinə təsir etməməli, Ukraynanı qorumalıdır.
Üçüncü meyar odur ki, bu tədarüklər bizim müdafiə qabiliyyətimizi zəiflətməsin”, – Makron bildirib.

Emin

Xəbər xətti