Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.