Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin məsləhətçisi Azər Novruzov 2022-ci ilin noyabr ayından etibarən Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyət göstərməyə başlayıb.

ACF-dən apasport.az saytına məlumatına görə, bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

Novruzov Avstriyanın “SPOWI” şirkəti tərəfindən təşkil edilən İdman Elmi proqramında iştirak edərək idman sahəsi üzrə təhsil alıb. Həmçinin, bu ildən etibarən Beynəlxalq Cüdo Federasiyasının İdmanın idarə edilməsi üzrə bakalavr proqramında təhsilini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası Avropa Cüdo Birliyinin layihələrində və fəaliyyətində fəal üzv kimi iştirak edir.

 

Tarix
30 Noyabr 2022 [18:14]
Müəllif
Üç nöqtə
2022-11-30 18:14:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin