Sabirabadda avtomobil su kanalına aşıb

13:57 - 30 Noyabr 2022 - HADİSƏ

Sabirabadda avtomobil su kanalına aşıb. 

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yol sürüşkən olduğundan anidən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı su kanalına aşıb.

Nəticədə Saatlı rayon sakinləri, 1965-ci il təvəllüdlü İsgəndərov Rafiq və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Amaliya xəsarət alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti