Azərbaycan əhalisi sürətlə qocalır

11:48 - 2 Noyabr 2022 - Cəmiyyət

"Son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 1,6% azalma, 60 yaş üzərində əhalinin sayında 65% artım qeydə alınıb".

Ucnoqta.az xəbər verir ki, bunu iqtiadçı Rövşən Ağayev deyib. O bildirib ki, bu, əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır.

"Yeri gəlmişkən, BMT-nin proqnozlarına görə, 2050-ci ilədək bir sıra inkişaf etmiş ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50%-i ötəcək. Yaxın 100 illikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problem əhalinin sürətli qocalmasıdır", - deyə iqtisadçı qeyd edib.

 

Xəbər xətti