Anar Kərimov DTX-nın əməliyyatı zamanı işə gəlməyib

10:18 - 2 Noyabr 2022 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.  

Ucnoqta.az-ın“Unikal”a istinadən məlumatına görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Unikal”a açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.  

 

Xəbər xətti