İran Ermənistanın qazını artırır

22:05 - 1 Noyabr 2022 - Xəbər

İranın Ermənistana qaz ixracı iki dəfə artacaq.

Ucnoqta.az xəbər verir ki, bunu İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni deyib.

O bildirib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi ilə qaz mübadiləsi müqaviləsinin 2030-cu ilə qədər uzadılması da imzalanıb.

Çəgni qeyd edib ki, hazırda İran Ermənistana gündəlik bir milyon kubmetr qaz ixrac edir. Bu həcm yeni memorandum əsasında iki dəfə artırılacaq.

Xəbər xətti