AFFA İntizam Komitəsinin iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, iclasda VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klubun 4000 manat cərimə olunduğu barədə qərar qəbul olunub.
Bundan başqa 54-cü dəqiqədə “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Neftçi” klubu 4000 manat cərimə olunub.