Şəhid ailələri ilə görüş keçirilib

16:07 - 5 Oktyabr 2022 - Cəmiyyət

 Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyi, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı, Benilüks Azərbaycanlıları Konqresi və “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, "Konar İnşaat", “İydə Parfumery" şirkətlərinin sosial tərəfdaşlığı ilə 44 günlük vətən müharibəsinin ildönümünə həsr edilmiş Şəhid ailələri, Vətən Müharibəsi Əlilləri və veteranları ilə mənəvi dəstək yönümlü görüş keçirildi.

Ucnoqta.az xəbər verir ki, görüşdə millət vəkilləri Elman Nəsirov, Razı Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Aydın Mirzəzadə, Aydın Hüseynov, Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal, “Dayaq” Təşkilatın sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, iştirak edərək çıxış etdilər. Çıxış edənlər "Erməni" qəsbkarlarının 1900-cı ilin əvvələrində xüsusi qədarlıqla işğal etdikləri Qarabağ torpaqlarımızın 27 sentyabr 2020-ci il tarixdə başlanılan əks hücüm əməliyatları nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi, fədakar Azərbaycan ordusunun rəşadəti ilə 44 gün davam edən vətən müharibəsi dövründə qəhrəman Vətən övladları işğalçı "Ermənistan" ordusunu süquta uğurradaraq xalqımızın 30 illik torpaq həstərinə son qoydular. Bu gün qürurla deyə bilərik ki, millətimizə bəxş edilən bu zəfərdə Vətən uğurunda qəhrəmancasına döyüşərək Şəhidlik mərtəbəsinə yüksəlmiş Şəhidlərimizin adları ehtiramla anılmalı, əziz xatirələri qürurla yeni nəsilə təbliğ edilmidir.

Görüşdə Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd etdi ki, Dövlət Başçısı Cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin həssas təbəqəsinə göstərdiyi diqqət və qayığısı fonunda həyata keçirilən sosial siyasətə birgə həmrəylik əzmində vətəndaş cəmiyyəti dəstəyini göstəmək məqsədi ilə Şəhid ailələri, Qazilər, müharibə iştırakçıları ilə bir araya gələrək bu cür diqqət və mənəvi dəstək yönümündə birgə tədbir, gerçəkləşdiriblər. MİRİİB sədri onu da xüsusi olaraq vurğuladı ki, Şəhid ailərinə, Qazilərə dərin hörmət və münasibət hər bir Azərbaycan vətəndaşının soydaşlıq borcu olmalıdır.

Mənəvi dəstək tədbirində “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək qeyd etdi ki, xalqımza qəlbə zəfərini bəxş etmiş, düşmən istilasına son qoymuş,adları hərb tariximizə qızıl hərflərlə həkk edilmiş Şəhid ailələrinə, Qazilərə, Müharibə iştirakçılarına diqqət və qayğı,mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu gün keçirdiyimiz bu görüşdə bu diqqətin bir nümunəsidir. Birlik rəsmiləri çıxışlarında bildirdilər ki, gələcəkdə də ölkəmizin həssas təbəqəsi ilə bağlı bu sayaq birgə ictimai, mənəvi dəstək mahiyyətli layihə, tədbir və görüşləri davam etdiricəklər.


Xəbər xətti