Bakıda əri ilə mübahisə edən hamilə qadın özünü dənizə atıb

07:19 - 1 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Bakının Səbail rayonu ərazisində intihara cəhd hadisəsi qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Dənizkənarı Bulvar ərazisində baş verib. 2001-ci il təvəllüdlü Həsənbəyova Aysel Samir qızı əri ilə mübahisə edib. Daha sonra o, bulvar ərazisində intihara cəhd etmək üçün dənizə atılıb.

O, ətrafda olan şəxslər və xilasedicilərin köməkliyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, A.Həsənbəyova 6 aylıq hamilədir. Fakt araşdırılır.

Xəbər xətti