Şabranda baş verən ağır yol qəzasının TƏFƏRRÜATI

22:27 - 22 Sentyabr 2022 - HADİSƏ

Şabranda baş verən yol qəzasının təfərrüatı məlum olub.

İşçiləri daşıyan 10-OF-572 dövlər qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən (şəxsiyyəti dəqiqləşdirilir-red) sürücunün idarə etdiyi "Chevrolet" markalı minik avtomobilini ötmə əməliyatı edərkən idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 16 nəfər xəsarət alıb. Yaralılardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Digər yaralıların müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.///report

Xəbər xətti