Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatdı

00:02 - 14 Avqust 2022 - DÜNYA

Ukraynadan gələn ərzaq yüklü ilk gəmi İtaliyanın Ravenna şəhərinə çatıb. Gəmi Avropaya qarğıdalı və soya gətirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

"Biz Ukraynadan Ravennaya qarğıdalı və soya yükü daşıyan ilk gəminin gəlişindən çox məmnunuq. İtaliya dünyada və Aralıq dənizində ərzaq təhlükəsizliyinə və Taxıl İxrac Sazişinin həyata keçirilməsinə yönəlmiş bütün mümkün səyləri dəstəkləyir".

Xəbər xətti