"Laçın və Zabux Azərbaycana qaytarılacaq, orada yaşayan ermənilər isə ..." - Paşinyan

23:56 - 27 İyun 2022 - Xəbər

“Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana qaytarılacaq”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında bəyan edib.

Paşinyanın sözlərinə görə, bu marşrut Üçtərəfli Bəyanatda əks olunub. Baş nazir bildirib ki, bu ərazilərdə yaşayan ermənilər yaşayış evləri ilə təmin olunacaq. Paşinyan yeni çəkilən yolun rus sülhməramlılarının nəzarətində olması üçün Rusiya ilə müzakirələr aparıldığını bildirib.

Qeyd edək ki, hazırda Laçından yan keçən yeni yol Azərbaycan tərəfindən çəkilir.

Xəbər xətti