Bakıda ər arvadını bıçaqladı

09:52 - 5 Dekabr 2021 - HADİSƏ

Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib. "Report"un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti