Azərbaycanda FACİƏ: 26 yaşlı qadın və azyaşlı oğlu boğulub öldü

14:03 - 25 Noyabr 2021 - HADİSƏ

Bərdədə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beş mərtəbəli yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayanlar - 26 yaşlı Ayşən Yusubova və onun 3 yaşlı oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti