Bakıda mənzildə meyit aşkarlanıb

22:29 - 18 Sentyabr 2021 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Pavlov Valeri İvanoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti