Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - Foto

10:50 - 19 İyun 2021 - HADİSƏ

Qax rayonunda yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti