"Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq".
Bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis meydana ən yaxşı "11-liy"i buraxacağını bildirib: "Havanın hərarəti oyuna təsir edir. Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq. Hər komandaya qarşı oynaya bilərik. Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik. Təcrübəli oyunçularımız var. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Bizə balans lazımdır".
Peyc "ay-ulduzlular"ın əvvəlki oyunlarına da baxdıqlarını və yaxşı komandaya qarşı mübarizə aparacaqlarını vurğulayıb: "Rəqibin güclü tərəflərini bilirik. Komandamızda türklərə çətinlik yarada biləcək futbolçular var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Əlimizdə özünü göstərmək istəyən 26 futbolçu var. Bu, mənim üçün vacibdir".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.///publika.az