Yasamalda avtomobilin vurduğu 25 yaşlı qadın öldü

10:18 - 13 İyun 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti