Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdu

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi "Mercedes" markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
10 İyun 2021 [19:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 19:32:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin