Azərbaycanda bir neçə telekommunikasiya şirkəti ləğv olunub - “Aztelekom”a qoşulub

17:24 - 24 Aprel 2025 - Xəbər

Azərbaycanda bir neçə telekommunikasiya şirkəti ləğv olunaraq “Aztelekom” MMC-yə qoşulub.

Bu barədə Ucnoqta.az MMC-yə istinadən xəbər verir.

Məlumata görə, “Bakı Telefon Rabitəsi”, “Az-Evro Tel”, “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək “Aztelekom”a qoşulması nəticəsində onun yenidən təşkil olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, 22 525 383 manat nizamnamə kapitalına malik “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərir. Onun rəhbəri Həsən Ömərovdur.

Xəbər xətti