Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.