Bu şagirdlər attestat ala bilməyəcək - XƏBƏRDARLIQ

18:27 - 22 Aprel 2025 - Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə - 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.

Ucnoqta.az xəbər verir ki, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən,müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə ancaq arayış verilir.

Xəbər xətti