Çinin Qazaxıstanla sərhəddində zəlzələ olub

08:01 - 22 Aprel 2025 - DÜNYA

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərindən 181 km qərb-şimal-qərbdə 5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Qeydə alınan zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 20 km, Alakol gölündən (Qazaxıstan) 38 km şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyi MSK-64 şkalası üzrə 6,4 bal olub.

Xəbər xətti