Monqolustanda qızılcaya yoluxma artıb

08:51 - 21 Aprel 2025 - DÜNYA

Aprelin 11-dən Monqolustanda qızılcaya yoluxma hallarının sayı 479-dan 659-a yüksəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.

Məlumata görə, Monqolustanda aprelin 11-dən başlayaraq on gün ərzində laboratoriyada təsdiqlənmiş qızılcaya yoluxma hallarının sayı 479-dan 659-a yüksəlib. Xəstələrlə təmasda olan 11 mindən çox vətəndaş müşahidə altındadır.
Onların əksəriyyəti Ulan-Batorda qeydə alınıb.

Mərkəz xatırladıb ki, qızılcaya şübhəli ilk xəstə 2025-ci ilin fevral ayının sonunda Vyetnamdan gələn təyyarə ilə Monqolustanın paytaxtına gəlib.///tass

Xəbər xətti