Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, şou-biznesdə son vaxtlar müzakirə mövzusuna çevrilən gecə məclisləri məsələsinə ifaçı da qoşulub.
Qumral sənətçiləri məclislərinə dəvət edən həmin pullu şəxslərə fikirlərini bu sözlərlə çatdırıb:
"Özümə çox hörmət qoyan xanım olaraq deyirəm ki, gecə 2-3-də mən anidən zəng edib, məclisə çağırılmağı özümə hörmətsizlik bilərəm. Pulu oldu-olmadı, fərqi yoxdur. Mən özümə ondan artıq hörmət qoyuram.
İnsanlara pula görə hörmət qoymuram. Ətrafımızda puluna görə guruldayan insanlar var. Hörmət edib vaxtında çağırsınlar, biz ailəliyik, ailə xanımıyıq. Saat 10-11-də gedə bilərəm. Gecə ərimlə yatdığımız yerdə durum deyim ki, məclis var, apar məni, kimsənin ürəyi istəyir. Pis çıxmasın, çox ehtiyacı olan biri olar, durub gedər, amma biz yox".///milli.az