Azərbaycanın dövlət borcu açıqlanıb

17:47 - 18 Aprel 2025 - İQTİSADİYYAT

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir.

Ucnoqta.az Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib. 

Xəbər xətti