Bakıda iki nəfərdən narkotik vasitə aşkarlanıb

15:09 - 18 Aprel 2025 - Cəmiyyət

Bakının Yasamal rayonunda 2 nəfərdən narkotik vasitə aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 56 yaşlı İ.Əliyev və 38 yaşlı S.Xəlilzadə saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin, narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.

Araşdırmalar aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xəbər xətti