Avrokubokların 1/4 final mərhələlərinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, reytinq sıralamasında Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz 19.625 əmsalla 30-cudur.
Bolqarısatn 19.875 xalla 29-cu yer, İrlandiya isə 14.968 əmsalla 31-ci sıradadır.
Reytinq sıralamasına 112.553 əmsalla İngiltərə liderlik edir. İtaliya 96.543 əmsalla 2-ci, İspaniya 93.811 əmsalla 3-cüdür.