Qanunsuz saxladığı avtomatı könüllü təhvil verdi

12:37 - 18 Aprel 2025 - HADİSƏ

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 29 yaşlı bir nəfər 1 avtomat silahı və 30 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırma aparılır.

Xəbər xətti