İran və ABŞ arasında aprelin 23-nə planlaşdırılan ekspertlər səviyyəsində danışıqlar Omanda vasitəçilərlə keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
"Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü vasitəçilər ilə Maskatda ekspert və texniki görüşlər keçiriləcək. Hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsipləri işləyib hazırlayırlar" - o, İran parlamentinin milli təhlükəsizlik komitəsi ilə görüşdə deyib.