Nazir Fikrət Cahangirovu yeni vəzifəyə TƏYİN ETDİ

12:54 - 20 Aprel 2025 - Xəbər

Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub.

Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Pedaqoji Universitetinin Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universitetinə prorektor təyin edilib.

Fikrət Cahangirov Azərbaycan Pedaqoji Universitetində 2007-2013-cü illərdə Filologiya fakültəsinin dekanı, 2015-2017-ci illərdə Pedaqoji fakültənin dekanı, 2017-ci ildən bu günə qədər Təhsil fakültəsinin dekanı olub.

Xəbər xətti