Xüsusi hərbi əməliyyat zonasında döyüşlər Pasxa barışığından sonra da davam edib.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Döyüşlər yenidən başlayıb. Biz atəşkəs elan edilən ilk vaxtdan bu barədə danışmışıq. Biz həmişə atəşkəsə müsbət yanaşırıq, ona görə də təşəbbüs göstərmişik. Pasxa bütün xristianların bayramıdır. Biz həmişə demişik ki, bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də onlara müsbət münasibət bəsləyir” - Rusiya lideri bildirib.