Cənubi Koreya sərhəddə təlimlər keçirir

07:52 - 22 Aprel 2025 - DÜNYA

Cənubi Koreya silahlı qüvvələrinin artilleriya bölmələri iki Koreya dövləti sərhədi yaxınlığında təlim atəşi açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Renhap” agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Təlimlər bazar ertəsi Seuldan təxminən 30 km şimal-qərbdə İmjin sərhəd çayı ərazisində baş tutub. Məlumatda 12 K9A1 və altı K55A1 özüyeriyən haubitsadan istifadə edildiyi, 60-a yaxın mərmi atıldığı qeyd edilib.

Xəbər xətti