Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.