Ölkələr Aİ ilə əməkdaşlıq etmək üçün növbəyə durub - Ursula fon der Lyayen

11:50 - 22 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın tarifləri qlobal bazarları yüksəltdikdən sonra bir sıra ölkələr Avropa İttifaqında etibarlı ticarət tərəfdaşları ilə işləməyə hazır olduqlarını bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bunu “Politico” qəzetinə açıqlamasında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.

Son həftələrdə fon der Lyayen “güclü, etibarlı tərəfdaşlar” axtaran İslandiya, Yeni Zelandiya, Malayziya, Filippin, Kanada, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə görüşüb.

AK rəhbəri bildirir ki, dünya nizamı soyuq müharibənin bitməsindən sonra heç vaxt olmadığı qədər dəyişir. Bu cür sarsıntılar fonunda Aİ-yə, o cümlədən icma vətəndaşları arasında inam artır. 
AK rəhbəri Eurobarometer sorğusunun məlumatlarına istinad edərək, Aİ üzvlüyünə dəstəyin 74% olduğunu göstərir ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir. 

Xəbər xətti