Ukrayna üzrə London görüşü yekunlaşıb

19:30 - 23 Aprel 2025 - DÜNYA

Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Londonda keçirilən görüşü bəyannamələrin qəbulu və gələcək məsləhətləşmələr haqqında razılaşma ilə başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, görüşdə Ukrayna tərəfdən o, xarici işlər naziri Andriy Sibiga və müdafiə naziri Rustem Umerov iştirak edib. 
"Böyük Britaniya tərəfdən - Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Fransa tərəfdən - Prezidentin diplomatik müşaviri Emmanuel Bonn, Almaniya tərəfdən - kanslerin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Yens Plötner qatılıb", - Yermak öz Telegram kanalında yazıb.

"Biz sülhə nail olmaq üçün növbəti müntəzəm məsləhətləşmələr barədə razılığa gəldik", - Yermak deyib.

Xəbər xətti