Uitkoff yenidən Rusiyaya uçur

21:40 - 23 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Putinlə aprelin 25-də görüşəcək

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Axios mənbələrə istinadən xəbər verir.

Bu arada, Flightradar xidməti Gulfstream G650 təyyarəsinin Rusiyaya doğru yola düşməsini qeydə alır. Telegram kanalları Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarədə ola biləcəyini yazır.

Eyni zamanda Putin Trampla görüşə hazırlaşdığını təsdiqləyib. Dmitri Peskovun sözlərinə görə, görüşün bir şərti var - o, məhsuldar olmalıdır.

Xəbər xətti