Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, "KİA" markalı avtomobil beton qarışdıran avtomobillə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1957 təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Hadiəs yerinə polis əməkdaşları cəlb olunublar.
Araşdırma davam etdirilir.