Zəlzələnin episentri İstanbul yaxınlığında 8 bal gücündə olub

00:02 - 24 Aprel 2025 - DÜNYA

İstanbulun mərkəzindən 70 km aralıda, Mərmərə dənizində baş verən zəlzələnin episentrində intensivlik Mercalli şkalası üzrə səkkizinci səviyyə (VIII) olub ki, bu da 7 bal gücünə uyğundur.

Ucnoqta.az xəbər verir ki, bu məlumatlar Türkiyədəki zəlzələləri və geoloji hadisələri davamlı olaraq izləyən Boğaziçi Universitetinin Kandilli Seysmoloji Rəsədxanasının ilkin hesabatında yer alıb.
Universitet ekspertləri tərəfindən hazırlanan hesabatda deyilir ki, rəsədxana tərəfindən hazırlanan gözlənilən intensivliyin paylanma xəritəsinə əsasən, zəlzələnin episentrində hiss olunan intensivlik səviyyəsi mümkün 12-dən VIII olaraq müəyyən edilib.

Səkkizinci səviyyə, seysmoloqların izah etdiyi kimi, güclü zəlzələdir.
"Zəlzələnin episentrinə ən yaxın ərazi İstanbulun Silivri rayonu olub. Mərmərə Ereğlisi, Büyükçekmece və Beylikdüzü bir az aralıda yerləşir. İstanbulun mərkəzinə olan məsafə təxminən 69 kilometr olub", - hesabatda qeyd edilir.

Xəbər xətti