Türkiyədə fəaliyyəti qadağan edilmiş və terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası (PKK) aprelin sonuna qədər özünü ləğv etmək qərarına gələcək.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə hökumətyönlü “Hürriyet” qəzeti çıxış edib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) respublika üzrə rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, uzun müddətdir davam edən kürd probleminin həlli məsələsində cari ay ərzində əhəmiyyətli irəliləyişlər ola bilər.
Nəşr qeyd edir ki, aprelin 22-də terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşən kürd yönümlü DEM partiyasının nümayəndələri də analoji ruhda danışıblar.