ChatGPT tərtibatçısı OpenAI Google-un Chrome brauzerini almaqda maraqlıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
"Bəli, bir çoxları kimi biz də maraqlı olardıq" - agentlik OpenAI-da ChatGPT-yə cavabdeh olan Nik Tarlidən sitat gətirir.
Tarli qeyd edib ki, ChatGPT hazırda Chrome üçün genişlənmə kimi mövcuddur, lakin OpenAI Google-un brauzerini alarsa, chatbot Chrome-a daha dərindən inteqrasiya oluna bilər.