İsveçrə Rusiyanın 8 media orqanına qarşı sanksiya tətbiq edib

15:00 - 22 Aprel 2025 - DÜNYA

Avropa Birliyinin ardınca İsveçrə hakimiyyəti səkkiz Rusiya KİV-ini sanksiyalar siyahısına əlavə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytındakı sənəddə deyilir.

Sanksiya siyahısına digərləri ilə yanaşı onlayn xəbər nəşri Lenta.ru, Zvezda telekanalı və Krasnaya Zvezda qəzeti, Eurasia Daily informasiya saytı, News Front agentliyi, SouthFront saytı, RuBaltic.ru portalı və Strateji Mədəniyyət Fondu daxildir.

Qeyd olunur ki, məhdudiyyətlər aprelin 23-dən qüvvəyə minəcək.

Xəbər xətti