Ukrayna neytral statuslu dövlət olmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ukrayna üçün neytral status lazımdır. Və ərazilərlə bağlı reallığın tanınması".
Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, bəzi ölkələrin təhlükəsizliyi digərlərinin arxasınca təmin edilməməlidir.
"Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və onu NATO-ya cəlb etmək istəyirsinizsə, Rusiyanın təhlükəsizliyini pozmuş olursunuz", - Peskov vurğulayıb.